.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilmişdir

2013-09-05

      Sentyabrın 5-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və "EcoMod Networking" şirkətinin birgə təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu öz işinə başlamışdır.

     Tədbirdə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları iştirak etmişlər. Forumun keçirilməsində məqsəd İƏT-ə üzv ölkələrin (Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) iqtisadi beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və davamlı olaraq inkişaf etdirilməsi imkanlarını müzakirə etməkdir.

     Forumda iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini də ehtiramla yad etmişlər.Bu gün həmçinin, Forum çərçivəsində İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin iştirakı ilə "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda I Beynəlxalq Konfrans keçirilmişdir.

      Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova qonaqları salamlayaraq Azərbaycanın İƏT-ə üzv olduğu dövrdən ölkəmizin təşkilatın fəaliyyətinə böyük önəm verdiyini və regionda uğurlu fəaliyyətində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, İƏT çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra işlər görülmüş, konseptual istiqamətlər müəyyənləşdirilmişdir. Azərbaycan İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə 10 müxtəlif saziş imzalamışdır. Həmçinin, ölkəmiz İƏT Bankına üzvdür. Bu, Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaratmışdır. Sevinc Həsənova İƏT-ə üzv olan dövlətlərlə ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyini də diqqətə çatdırmışdır.



Tədbirlər



Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic