.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi

Azərbaycanın Respublikasının iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olan özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması çərçivəsində 2013-cü ilin iyul ayında tikintisi başa çatdırılmış Bakı Biznes Mərkəzi MMC-nin Quba Xaçmaz Regional İnkişaf Mərkəzi artıq fəaliyyətdədir. Mərkəz biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin,sərgilərin keçirilməsi üçün hər növ avadanlıqla təchiz olunmuşdur. Quba Xaçmaz Regional İnkişaf Mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Nazir Şahin Mustafayev ölkə başçısına Mərkəzin birinci mərtəbəsindəki xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulan sərgi zalında “Quba-Xaçmaz iqtisadi rayonu: uğurlu regional siyasətin nəticələri” adlı sərgi haqqında məlumat vermişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda görülən işlər və əsas sosial-iqtisadi göstəricilər əks olunan sərgi mərkəzə gələn qonaqların marağına səbəb olmuşdur.

Artıq Quba Xaçmaz Regional İnkişaf Mərkəzində bölgə üzrə biznesin inkişafı, sahibkarlıq subyektləri arasında əlaqələrin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlər təşkil olunmaqdadır. Yerli istehsal, habelə sənətkarlıq məhsullarının nümayişi, sərgiyə çıxarılması və satışı ilə bağlı sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulmuşdur.

Quba Xaçmaz Regional İnkişaf Mərkəzi inzibati binadan, biznes inkubatordan (www.bbtc.gov.az), sərgi, akt, konfrans və təlim zallarından, inzibati otaqlardan və yeməkxanadan ibarətdir. Ən müasir standartlara cavab verən binanın 276 nəfərlik konfrans zalında müxtəlif tədbirlər keçirmək üçün hər cür şərait yaradılmışdır. Mərkəzin inzibati otaqları işçilərin rahat fəaliyyət göstərməsi üçün ən son avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə mərkəzdə tədris otaqları da fəaliyyət göstərməkdədir.




Baku Business Center ©2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic