Niyə BBM?
Müxtəlif faktorlar tədbir təşkilatçılarına Bakı Biznes Mərkəzində ən əlverişli şəraitlərin təqdim olunmasına zəmanət verir.• Bakının mərkəzində yerləşməsi və rahat nəqliyyat infrastrukturu
Bakı Biznes Mərkəzi şəhərin mərkəzindəki, Neftçilər prospektində, Dənizkanarı Parkda yerləşir. Belə əlverişli yerləşmə onu analoji xidmət bazarından fərqləndirir.
Bakı Biznes Mərkızinin yaxınlığında “Sahil” metro stansiyası, Bakının ən iri şoppinq və əyləncə mərkəzi “Park Bulvar”, otellər və restoranlar yerləşib.
Bakı Biznes Mərkəzinin Dənizkənarı Parkda yerləşməsi tədbir iştirakçılarına Bakı Buxtası və Parkın gözəl mənzərələrinə seyr etmələri üçün imkan yaradır.
Bakı Biznes Mərkəzi şəhərin mərkəzindəki Neftçilər prospektində yerləşir. Həmin prospekt tıxacların olmaması və böyük sayda avtobus marşrutları ilə fərqlənir.
• Müasir sərgi və konfrans zalları
Konfrans zalları və sərgi salonu yüksək keyfiyyətli mebel və avadanlıq ilə təchiz olunub və məhz bu xüsusiyyətlər burada keçirilən tədbirlər üçün tələb olunan işgüzar şəraiti təmin edir.
Bütün zallar ən müasir texnika - tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlarla təchiz olunublar.
Salon və zalların xüsusi yerləşməsi eyni zamanda bir neçə tədbirin bir-birinə maneçilik törətmədən keçirilməsinə imkan yaradır.
Binanın daxilində qonaqların hərəkət etməsini təmin edən dünya standartlarına cavab verən liftlər və eskalatorlar quraşdırılıb.
• Qida və içkilər
Bakı Biznes Mərkəzinin ikinci mərtəbəsində yerləşən 300 nəfərlik restoran öz qapılarını tədbir iştirakçılarına açmağa hər zaman hazırdır.
Restoranın vitraj pencərələrindən Bakı Dənizkənarı Parkı və Bakı Buxtasına açılan gözəl mənzərə isə qonaqlara təkrarolunmaz hissləri bəxş edəcək.
Restoran qonağlarımıza Avropa və milli mətbəxlərlərindən müxtəlif xörəklər seçimini təqdim etməyə hazırdır.
Tədbir təşkilatçılarının istəyi ilə kofe-breyk, furşet və biznes-lançlar da təşkil oluna bilər.
• Otellər və şoppinq
Bakı Biznes Mərkəzi bir neçə otel və böyük sayda butik və dükanlar yaxınlığlnda yerləşib.
Mərkəzin yaxınlığında aşağıdakə otellər yerləşib.
Bakı, Azadlıq prospekti 1 |
Tel: (99412) 464-50-00 |
Bakı, Azadlıq meydanı 674 |
Tel: (99412) 499-88-88 |
Bakı, Azadlıq prospekti 1 |
Tel: (99412) 490-60-00 |
Bakı, Asəf Zeynallı 39A |
Tel: (99412) 497-08-09 |
Bakı, Üzeyir Hacıbəyov küç. 33/35-2 |
Tel: (99412) 598-19-10 |
Bakı, Nizami küç. 69 |
Tel: (99412) 498-24-02 |
Bakı, Böyül Qala 20 |
Tel: (99412) 437-23-05 |
Bakı, Nizami küç. 90A |
Tel: (99412) 465-20-00 |
Bakı, Neftçilər prospekti 108 |
Tel: (99412) 596-98-90 |
Bundan əlavə Bakı Biznes Mərkəzinin yaxınlığında Bakının ən iri şoppinq və əyləncə mərkəzi “Park Bulvar”, böyük sayda brend dükanları (Burberry, D&G, Gucci, Harmont&Blaine və s.) və avropa, türk və Azərbaycan restoranları yerləşib.
Daha ətraflı məlumat üçün Bakı mərkəzinin xəritəsinə bax.