2-ci konfrans zalı
İkinci mərtəbədə yerləşən 2-ci konfrans zalı yüksək keyfiyyətli dizayn və texniki avadanlığı ilə seçilir.
Bu konfrans zalı kiçik prezentasiyalar, işgüzar görüşlər, şirkətlərin idarə heyətlərinin iclasları və bu kimi digər tədbirlər üçün istifadə oluna bilər.
- Maksimal yer – 15-20 nəfərlik
- Avadanlıq – video proyektorlar, monitorlar, səsgücləndirici qurğular, Wi-Fi, mikrofonlar, qulaqcıqlar, tərcümə avadanlığı.
Bu konfrans zalı yüksək keyfiyyətli mebel və avadanlıq ilə təchiz olunub və məhz bu xüsusiyyətlər burada keçirilən tədbirlər üçün tələb olunan işgüzar şəraiti təmin edir.