.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Mərkəz haqqında

  Dənizkənarı Milli Parkda yerləşən “Bakı Biznes Mərkəzi” beynəlxalq tədbirlərin, biznes forumların, açılış mərasimlərin və müxtəlif konfransların yüksək səviyyədə keçirilməsi üçün yeni imkanlar yaradır.

Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılışı 2010-cu il martın 12-də olub. Həmin gün burada “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə mərkəz və son illərdə, o cümlədən 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətləri əks etdirən sərgi barədə məlumat vermişdir.

Bakı Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 200-250 nəfərlik boyük konfrans zalı, 2-ci mərtəbəsində yerləşən 70, 20 və 12 nəfərlik iclas otaqları tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə cavab verən keyfiyyətli avadanlıqlar və texniki ləvazimatlarla, o cümlədən  multimedia proyektoru, səs avadanlığı, mikrofonlar, sürətli internet Wi-Fi, sinxron tərcümə avadanlıqları ilə təchiz olunmuşdur.

Bakı Biznes Mərkəzinin Xəzər dənizinə açılan 300 nəfərlik “Şam Bulvar” restoranında həm tədbirlər zamanı, həmçinin də adi günlərdə iştirakçılar üçün kofe fasiləsi, furşet və istənilən növ nahar yeməklərini də təşkil etmək mümkündür.

Bakı Biznes Mərkəzinin 1-ci mərtəbəsində böyük sərgi salonu yerləşir. Sərgidə tədbir iştirakçılarına ölkəmizin iqtisadi inkişafını, energetika, infrastruktur, informasiya texnologiyaları, sənaye, aqrar sənaye, ekologiya, turizm, mədəniyyət, səhiyyə, təhsil, idman, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri əks etdirən göstəricilər, fotosərgi, video çarxlar, eləcə də Azərbaycanda istehsal olunan müxtəlif çeşiddə məhsullar nümayiş etdirilir.

Sizi Bakı Biznes Mərkəzində yaradılan imkanlardan və işgüzar mühitdən faydalanmağa dəvət edirik.

Bakı Biznes Mərkəzi – Fantastik planları real işə çevirmək üçün ideal məkan!


Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic