.
Bizə zəng edin!
360° görüntü
Bizi izləyin:

Sərgi salonu və Böyük konfrans zalı

Binanın 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşir. Sərgi salonu iri vitraj pəncərələrinin olması və beton divarlarının olmaması hesabına digər zallardan “havalı” dizaynı ilə seçilir.

Sərgi salonunda son illərdə Azərbaycanda bütün sahələrdə əldə olunan yüksək nailiyyətləri əks etdirən göstəricilər, fotoşəkillər, videoçarxlar yerləşdirilib.

Burada Azərbaycanın təqdimatı, əldə olunan nailiyyətləri ilə yaxından tanış olmaq olar.

Burada iştirakçıların sayı 270 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil edilə bilər.

- Ümumi sahə – 2025 kv.m.

- Maksimal yer - 250 nəfərlik

- Avadanlıq – video proyektorlar, monitorlar, səsgücləndirici qurğular, Wi-Fi, mikrofonlar, qulaqcıqlar, tərcümə avadanlığı.

Sərgi salonu dəfələrlə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və şirkətlər tərəfindən istifadə olunub.




Baku Business Center 2011       AZ1000, Baku, 44 Neftchilar ave. Tel: (99412) 497-32-40; (99412) 497-31-80
powered by RedMagic