Bakı Biznes Mərkəzi
Dənizkənarı Milli Parkda yerləşən “Bakı Biznes Mərkəzi” beynəlxalq tədbirlərin, biznes forumların, açılış mərasimlərin və müxtəlif konfransların yüksək səviyyədə keçirilməsi üçün yeni imkanlar yaradır.
Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin açılışı 2010-cu il martın 12-də olub. Həmin gün burada “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.













